2019-04-15 12:52:57   |   181 dəfə oxunub

“Ağ ölüm”... - Dünya acizdir




"Dünyanın hər yerinə narkotiklə mübarizə aparılır. Lakin bu cinayətin qarşısını almaq mümkün deyil”.

Bu sözləri "Sherg.az”a açıqlamasında sabiq polis rəisi Mahmud Hacıyev deyib. 


Onun sözlərinə görə, narkotik bazarında təkcə tutulma halları olmur: 

"Məsələn, saxlanan şəxslər arasında narkotik vasitələrdən istifadə edənlər də var. Ümumiyyətlə, bu cinayət əsasən 3 formada olur: nakotik vasiətlərini qeyri- qanuni saxlayanlar, satanlar və istifadə edənlər. Saxlanılanlar arasında qanunsuz yolla satış edənlər çoxluq təşkil edir. 

Narkotik vasitələrin satışı və təbliği "ağ ölüm” adı altında bütün ölkələrdə yayılıb. Bu problemlə mübarizə aparılır, amma cinayətin qarşısını tamamilə almaq mümkün deyil. O demək deyil ki, aidiyyəti qurumlar çalışa bilmirlər. 

Bütün ölkələrdə hüquq-mühafizə orqanları bu cinayətə qarşı iş aparırlar. Amma yenə də bu işlə məşğul olanlar peyda olur. Tarixən hər zaman belə olub. Müxtəlif narkobaronlar, narkosindikatlar var. Onlar olduqca güclü təşkilatlardır. Belə təşkilatlar narkotik vasitələri sərhəddən də keçirirlər. Ola bilsin ki, hansısa ölkələrdə əvvəlki illərə baxanda azalma müşahidə olunur. Amma cinayətin kökünü tam olaraq kəsmək imkansızdır”.

Qeyd edək ki, Azərbaycanın Baş naziri Novruz Məmmədov son 5 ildə Azərbaycanda 8 tondan çox narkotik vasitə dövriyyədən çıxarıldığını bildirib. Baş nazir bildirib ki, Ermənistan tərəfindən işğal edilən Azərbaycanın əzəli torpaqları Dağlıq Qarabağ və ətraf ərazilərdən narkotik vasitələrin becərilməsi, narkotrafik üçün istifadə edilir. 

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-04-23