2019-04-15 13:27:31   |   239 dəfə oxunub

İlginc detallar: “Erməni diasporu Makronun siyasi fəaliyyətinə vəsait ayırıb”

Asim Mollazadə: “Sarı jiletlilər”in rəhbərliyində erməni nümayəndələri var. Son vaxtlar Makrona qarşı hücumlar səngiyib. Çünki Makron erməni qrupları ilə müəyyən anlaşmaya gəlib”



Fransa prezidenti Emmanuel Makron ölkə ərazisində 24 aprel tarixinin qondarma "erməni soyqırımı”nın anım günü elan olunması barədə fərman imzalayıb.

Fərmanda bildirilir ki, hər il Fransada 24 aprel tarixi "erməni soyqırımı” qurbanlarının milli anım günü kimi qeyd olunacaq.

Maraqlıdır, Makronun erməni sevdası, işğalçı ölkəyə verdiyi dəstək nədən irəli gəlir?

Sualımızı cavablandıran millət vəkili Asim Mollazadə "Sherg.az”a açıqlamasında Fransa prezidentin ermənipərəstliyinə səbəb olaraq bir neçə amili qeyd edib:

"Məlumdur ki, erməni diasporu Makronun siyasi fəaliyyəti üçün vəsaitlər ayırıb. Hazırda Fransada Makrona qarşı fəal çıxış edən "sarı jiletlilər”in rəhbərliyində bir sıra erməni nümayəndəsi var. Son vaxtlar isə Makrona qarşı hücumlar səngiyib. 

Çünki Makron erməni qrupları ilə müəyyən anlaşmaya gəlib. Yəqin, fərmanın imzalanması də bu anlaşmadan qaynaqlanır”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-06-27