2019-04-15 14:04:03   |   84 dəfə oxunub

Polis jurnalistləri döyüb, materiallarını əllərindən aldı – Video



Fransanın Tuluz şəhərində "sarı jilet”lilərin ötən şənbə baş tutan XXII aktında polis 2 jurnalisti amansızcasına döyüb.

"Sherg.az” "lefigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə jurnalist Lelli Jijabet Liv "Facebook”da, digər jurnalist Davi Düfresn isə "Twitter”də video yayıblar.

Jurnalistlər qeyd ediblər ki, Fransa polisi onları yerə yıxaraq, təhlükəsizliklə kaskalarını başlarından çıxarıblar və materiallarını əllərindən alıblar.

Qeyd edək ki, sözügedən akt zamanı 40-dan artıq "sarı jilet”li həbs olunub. 21 nəfər polis zorakılığı nəticəsində ağır xəsarət alıb.

Videoları aşağıdakı linklərdən izləyə bilərsiniz

Tərcümə etdi: Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-04-23