2019-04-15 14:42:25   |   114 dəfə oxunub

Belarus lideri: “Ərdoğan mənə “qardaş” deyir”



Belarus prezidenti Aleksandr Lukaşenko Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla dostluq əlaqələrindən danışıb. "Sherg.az” "Anadolu” Agentliyinə istinadən xəbər verir ki, Lukaşenkonun sözlərinə görə, o Ərdoğana "dostum” deyə xitab edir:

"Türkiyə lideri də mənə "qardaş" deyib müraciət edir. Bizə yaxın, əziz insanlar deyilə bilər". Lukaşenko bildirib ki, Ərdoğanla bir-birlərini mükəmməl başa düşürlər:

"Biz bütün beynəlxalq platformalarda ümumi mövqeyə malik və sadiqik. Biz iki lider, güclü və zəngin Türkiyə ilə çox əhəmiyyətli bir ölkə olan Belarus arasında güclü əlaqələr qurmağı bacardıq. Allaha dua edərəm ki, bu əlaqələrimizə heç nə mane olmasın".

Lukaşenko qeyd edib ki, iki ölkə bir-biri ilə əlaqəli və çox mürəkkəb geosiyasi mövqe tutur:

"Bununla hər iki tərəf öz milli maraqlarını qorumağa çalışır. Ona görə də, Türkiyə və Belarus Qərb tərəfindən tənqid olunur”.

Anar





SON XƏBƏRLƏR

2019-06-26