2019-04-15 16:09:01   |   101 dəfə oxunub

Adını dəyişdirib 15 milyon mənimsədi - İş adamına hökm oxunub


Külli miqdarda mənimsəmədə və sənəd saxtalaşdırmaqda ittiham olunan iş adamı Rauf Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Rauf Allaheverdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R.Allahverdiyev Rusiya Federasiyasında "Roma S Kompaniya A" şirkətini təsis edib. Bundan sonra şirkətin inkişafı məqsədilə maliyyə cəlb etməyə çalışıb. O, adını dəyişərək, özünü Rail Yusifov kimi təqdim edib və Rusiyada Yelena Akturiçlə əlbir olub, qanunsuz sənəd hazırlayaraq Azərbaycan Beynəlxalq Bankının Moskva filialından ayrı-ayrı vaxtlarda 866 min 566 manat, 338 min manat, 3 milyon 400 min manat olmaqla, ümumilikdə 15 milyon manat pulu mənimsəyib.
Götürülən pullar R.Allahverdiyevin təsis etdiyi "Roma S Kompaniya A" şirkətinin hesabına köçürülüb.
Bundan başqa, o, Rusiya Federasiyası ərazisində cinayət törətdiyinə görə, istintaqdan gizlənmək məqsədilə Azərbaycana qanunsuz yolla qaçmağa cəhd edib. Belə ki, Quliyev Həsən Qulu oğlunun adına olan rəsmi sənəd hesab edilən Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsini saxtalaşdırıb. Lakin o, Qusar rayonunda yerləşən "Samur" Sərhəd Nəzarəti məntəqəsində sənədi saxta olduğu üçün saxlanılıb.




SON XƏBƏRLƏR

2019-04-23