2019-04-15 16:28:38   |   519 dəfə oxunub

Xalq şairi təhsil ocaqlarına SƏSLƏNDİ: “Yazıçılar məktəblərə gedəndə...”

"Yazıçı və şairlərin məktəblərə dəvət olunmaması düzgün yanaşma deyil. Bu amil tədris proqramlarında nəzərə alınmalıdır”



"Təəssüf ki, hazırda yazıçılar, şairlər orta məktəblərə az dəvət olunurlar”.

Bu barədə "Sherg.az”a xalq şairi, sabiq millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Onun sözlərinə görə, indiki halda Anar, Elçin, Çingiz Abdullayev, Nəriman Həsənzadə kimi yazıçılarımız var. Lakin onları nə ali, nə də orta məktəblərə dəvət edirlər:

"Şair və yazıçılarımız imkan olduqca ayda 1 dəfə müasir ədəbiyyatla bağlı olan dərslərə girə, şagirdlərlə ünsiyyətdə ola, hətta 1 saatlıq dərs deyə bilərlər. Vaxtilə belə məqamlar çox olub. Dünyanın hər yerində bu cür yanaşma var.

 Lakin niyə Azərbaycan məktəbləri qapalı mühitə çevirilib? Məgər biz yazıçılar məktəblərə gedəndə siyasi söhbətlər edəcəyik? Təbii ki, təhsil ocağında siyasi söhbətləri müzakirə etmək düzgün deyil. Şagirdlərlə milli problemlərimiz, tariximiz, bu günümüzlə bağlı müzakirələr aparıla bilər. 

Amma əsas məqsəd şagirdlərimizin intellektinin yüksəkdilməsi, özünü, keçmişini daha yaxşı tanıması, torpağına sıx bağlanması, dövlətinin qədrini bilməsidir. Ona görə də, yazıçı və şairlərin məktəblərə dəvət olunmaması düzgün yanaşma deyil. Bu amil tədris proqramlarında nəzərə alınmalıdır”.

"Şair və yazıçıların məktəblərə dəvət edilməməsinə səbəb nədir ?” sualına gəlincə, xalq şairi bildirib ki, ali və orta məktəblər nədənsə ehtiyat edirlər:

"Təhsil Nazirliyi bu məsələyə yenidən baxmalıdır. Yazıçılarımızın orta məktəblərə baş çəkməsi olduqca vacibdir”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-06-19
2019-06-18