2019-04-15 18:01:16   |   222 dəfə oxunub

İlahiyyatçıdan çağırış: “Yehova şahidləri”nin ovuna düşməyin !

Elşad Miri: “Həqiqətən də bu məsələ ilə bağlı ciddi işlər aparılmalıdır”


" "Yehova şahidləri” adı altında fəaliyyət göstərənlər geniş təbliğatlar aparırlar. Belə icmaların qarşşını almaq lazımdır”.

Bu sözləri "Sherg.az” açıqlamasında ilahiyyatçı-dinşünas Elşad Miri deyib.

İlahiyyatçı bildirib ki, Azəbaycanda özünü müsəlman hesab edənin heç də hamısı islamı öyrənməyə cəhd göstərmir:

"Nəticədə sabahısı gün təqdim edilən suala normal cavab verməkləri mümkün olmur. Verilən sual həmin şəxsdə şübhə yaratdığı, məsələn peyğəmbərə istinad edilən rəvayətlər gündəmə gətirildiyi üçün caş-baş qalırlar. Ona görə də, müəyyən suallara cavab tapmaq üçün müraciət edəcəkləri hansısa qurum yoxdur. Bu zaman həmin şəxslər təəssüf ki, "yehova şahidləri”nin ovuna düşürlər. İstərdim ki, insanlar onların ovuna düşməsin. Həqiqətən də bu məsələ ilə bağlı ciddi işlər aparılmalıdır”.

E.Miri təəssüflə qeyd edib ki, bu gün Azərbaycanda "yehova şahidləri” və digər sektalarla bağlı məlumatı olanlar yoxdur:

"Çünki insanlar dinimiz haqqında düzgün informasiyaya malik deyillər. Yalnız yas və kəbinlə bağlı məsələlərdə din yadımıza düşdüyü üçün islamı həyatımızdan çıxarmışıq. Kiminsə daxilində inanma hissi olsa belə, daha sonra yehova və digər təbliğatçılara inanırlar. Çünki onlar geniş təbliğatlar aparırlar, kitabları var, sosial mediya üzərində işlər görürlər. Lakin öz dinimizlə bağlı geniş təbliğat işləri görülmür. Təsəvvür edin ki, dinlə bağlı kitab yazmışam, amma kitaba qadağa qoyurlar. Belə olduğu təqdirdə biz öz dinimizi necə çatdıracağıq? 

Bu gün mən ilahiyyatçı və dinşünas olaraq dini etiqad azadlığımdan istifadə edə bilmirəm. Televizyalara çıxışı qadağa olanların siyahısında mənim də adım var. Təəssüf ki, bu gün ancaq nağıl danışanlar televizyalara dəvət edilir. İnsanların sanki itaətkar bir vətəndaş kimi yetişməsinə, oyanmasına, düşünməsinə rəvac verilmədiyi üçün müxtəlif sektalar, icmalar öz fəaliyyətlərini genişləndirirlər”.

Qeyd edək ki, "yehova şahidləri” kimi bilinən və xarici missionerlik fəaliyyəti ilə məşğul olan bir qrup insanlar mənzillərin qapısını döyərək camaatı öz dinlərinə dəvət edirlər. Həmin şəxslər müxtəlif təbliğatlar apararaq yehova dininin yayılması üçün fəaliyyət göstərirlər.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-04-20