2019-04-15 19:11:01   |   228 dəfə oxunub

“Ermənistan nəinki beynəlxalq terroru dəstəkləyir, hətta terrorda iştirak edir” – Tarixçi


"İşğal olunmuş ərazilərimizdə ermənilər hər zaman narkobiznesi inkişaf etdiriblər”.

Bu sözləri "Sherg.az”a açıqlamasında tarixçi-alim Dilavər Əzimli deyib.

O bildirib ki, bir zamanlar ermənilərin işğal etdiyi Azərbaycan torpaqları beynəlxalq terrorun əsas güc mərkəzlərindən birinə çevrilmişdi:

"Ermənilər narkobiznesdən gələn gəliri silahların alınmasına sərf edirdilər. Silahların alınmasının isə nəyə xidmət etdiyi hər kəsə bəllidir. Əslində bu beynəlxalq terror, eyni zamanda qeyri-qanuni narkotik ticarətin inkişafı deməkdir. 

Məsələ ilə bağlı hər zaman hay-küy salınırdı, mətbuat səviyyəsində işlər görülürdü. Son olaraq baş nazirin müavini Əli Həsənovun məsələyə münasibət bildirməsi təqdirəlayiqdir. Bir zamanlar Namiq Abbasov Milli Təhlükəsizlik naziri işləyəndə bu məsələni qaldırdı və erməni terrorunun inkişafında narkobiznesi gündəmə gətirdi. Amma o zamanlar təbii ki, Rusiya bunu himayə edirdi.

Əsas odur ki, baş verənlər Avropa Parlamentində və Avropa Şurasında gündəmə gətirilsin. Bütün bunlar dünya ictimaiyyətinə geniş şəkildə təqdim olunmalıdır. Dünyanın beynəlxalq terrorunun dəstəklənməsində ermənilərin böyük rolu var. Əslində Ermənistan nəinki beynəlxalq terroru dəstəkləyir, eyni zamanda bu terroda iştirak eddir”.

Qeyd edək ki, Azərbaycanın Baş nazirinin müavini Əli Həsənov bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində narkotik vasitələrin becərilməsindən əldə edilən vəsaitlə yeni silahlar alınır, terrorçu qruplar yaradılır və həmin terrorçu qruplar dünyadakı münaqişə ocaqlarına göndərilir.

Yeganə Bayramova 





SON XƏBƏRLƏR

2019-06-18