2019-04-15 19:23:25   |   484 dəfə oxunub

Nizami Cəfərov “Beynəlxalq müsabiqə laureatı” olan NƏVƏSİNDƏN DANIŞDI – Video

“Atilla özü dahi müğənni olacağı fikrindədir. Amma mən istəyirdim ki, nəvəm yaxşı bir elm adamı olsun”

“Hiss edirəm ki,onun təbiətində dahilik var”




Millət vəkili, akademik Nizami Cəfərovun nəvəsi Atilla Qərib "Beynəlxalq müsabiqə laureatı” adına layiq görülüb.

"Sherg.az” xəbər verir ki, bu barədə yazıçı-publisist Məti Osmanoğlu şəxsi Feysbuk hesabında məlumat verib.

M.Osmanoğlu A.Qəribin bir ifasını paylaşaraq bunları qeyd edib:

"Bu qeyri-adi səsin sahibi Atilla Qərib akademik Nizami Cəfərovun nəvəsidir. Ona görə deyiblər ki, əslində olan dırnağında bitirər.
Beynəlxalq müsabiqə laureatı Atillanı Allah ata-anasına, nənə-babasına və xalqımıza gözü dolusu versin.”

Biz də "Sherg.az”a olaraq daha ətraflı məlumat əldə etmək üçün N.Cəfərovun özü ilə əlaqə saxladıq. O bildirdi ki, nəvəsini bu sənətdən uzaqlaşdırmaq üçün çox çalışıblar:

"Atillanın atası da elm adamıdır, anası da. Amma o özü dahi müğənni olacağı fikrindədir. Nəvəm yaxşı futbol oynayırdı.Futboldan uzaqlaşdırdıq ki, elmə gəlsin, o da müğənniliyi seçdi. Mən istəyirdim ki, Atilla yaxşı bir elm adamı olsun. Bəlkədə də, elm adamı olacaq. Hələ, uşaqdır, hazırda 10 yaşı var. Bu yaxınlarda konsertdə də çıxış etdi. Müəlliməsi isə xalq artistimiz Fidan Hacıyevadır.

O da bu işlərə ciddi yanaşır. Əgər Fidan xanım Atillanın oxumağını bəyənibsə, gərək uşaqdan əlimizi üzək. Çətin, ondan elm adamı olsun. Hiss edirəm ki, nəvəmin təbiətində dahilik var”.



Yeganə Bayramova




SON XƏBƏRLƏR

2019-04-23