2019-04-15 19:42:17   |   595 dəfə oxunub

28 il ağızında vint gəzdirib: Saxta implant... - FOTOLAR

Xəstə az qala öləcəkdi


Rusiyanın Buryat Respublikasında 28 il əvvəl diş ağrısı ilə həkimə müraciət edən xəstəyə dişlərinin hamısının funksiyasız olduğu deyilib. Bundan sonra dişlərinin çoxu sökülən xəstəyə implant qoyulub. 




Sherg.az türk mediasına istinadən xəbər verir ki, illər sonra həkimə gedən xəstə böyük şok yaşayıb.
Məlum olub ki, diş həkimi onun ağızına məişətdə istifadə edilən adi vint taxıb. Xəstənin çənə sümüklərinə montaj edilən implantların titanyum implant deyil, adi vintlər olduğu aydın olub.

Əməliyyatdan sonra xəstənin dişlərindəki vintlər çətinliklə çıxarılıb. Xəstəxanada müşahidə altında saxlanan xəstənin ağızından çıxan vintlərin şəkilləri az sonra mətbuata yayılıb. Həkimlər əməliyyatdan sonra xəstəxananın internet saytına açıqlama veriblər. Onlar deyib ki, xəstənin ağızındakı vintlər paslı olub, damaqlara bərkidilən vintlər çənə sümüklərini əridib və iltihaba səbəb olaraq ölüm təhlükəsi ilə üz-üzə qoyub.

Həkimlər, xəstənin indiyə qədər bu vintlərlə yaşamasının qeyri-mümkün olduğunu bildirib. Hadisədən dərhal sonra polisə xəbər verilib. İstintaq başlayıb, lakin həmin həkim öldüyü üçün araşdırma yarımçıq qalıb.

Turan





SON XƏBƏRLƏR

2019-04-20