2019-04-15 21:33:13   |   328 dəfə oxunub

BDU təkzib etdi: “Prorektorlar iş başındadırlar”



Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova iki prorektorun vəzifəsindən azad olunmasına dair yayılan məlumatları təkzib edib. 

Bu barədə "Sherg.az"a danışan P.İbrahimova qeyd edib ki, universitetin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Sani Hacıyev və İqtisadi və təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlı işdən azad olunmayıblar: 

"Adları çəkilən prorektorların vəzifədən azad edilməsi xəbəri həqiqəti əks etdirmir və onlar iş başındadırlar”.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Elçin Babayevin adıçəkilən prorektorları vəzifələrindən azad etməsinə dair məlumat yayılıb.

Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-04-20