2019-04-15 23:19:12   |   77 dəfə oxunub

Ukraynada prezident seçkilərinin ikinci turu ərəfəsində sərhədlər daha da gücləndirilir


Ukraynada prezident seçkilərinin ikinci turu ərəfəsində sərhədlər daha da gücləndirilir.
Bu barədə AZƏRTAC Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinin yaydığı xəbərə istinadla məlumat verir.

Məlumata görə, hazırda sutka ərzində təxminən 6 min sərhədçi Ukrayna sərhədlərini qoruyur. Seçki ərəfəsində sərhədlərə daha 1300 nəfər əlavə qüvvə yerləşdiriləcək. Məqsəd Ukraynada təxribatların, qanunsuz silah-sursat daşınmasının, terrorun qarşısını almaqdır.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək. Prezidentlik uğrunda Vladimir Zelenski və Petro Poroşenko mübarizə aparacaq.




SON XƏBƏRLƏR

2019-04-20