2019-04-16 11:41:35   |   81 dəfə oxunub

Türkiyə S-400 komplekslərini Azərbaycanda saxlaya bilər


Türkiyə Rusiya istehsallı S-400 zenit-raket komplekslərini müvəqqəti olaraq Azərbaycanda yerləşdirə bilər.

Bu barədə Trend-ə Türkiyə mətbuatına istinadən məlumat verir.

Həmçinin S-440 komplekslərinin müvəqqəti saxlamaq üçün Qətərə göndəriləcəyi istisna olunmur.

KİV yazır ki, Türkiyə hakimiyyətinin hansı ölkəni seçəcəyi hələ müəyyənləşməyib. Rəsmi Ankara bu məlumatı nə təsdiq, nə də təkzib edib.

KİV: Türkiyə hərbçiləri S-400 raketlərinə görə Azərbaycana gələcək
Qeyd edək ki, bundan əvvəl Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini (ZRK) almazdan əvvəl hərbçilərinin müvafiq kurs keçməsini təşkil etmək istədiyi bildirilirdi. Bunun üçün türk hərbçilərin Rusiyadan əvvəl Azərbaycana gələcəkləri gözlənilir.




SON XƏBƏRLƏR

2019-04-20