2019-04-16 12:45:34   |   163 dəfə oxunub

Ali məktəblərə ərizə qəbulu başa çatdı- YENİLƏNİB



Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb.

"Sherg.az"ın xəbərinə görə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 83383 abituriyent öz ərizəsini təsdiq edib.

Tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu martın 15-dən aprelin 16-dək internet vasitəsilə aparılıb.
İxtisas qrupları, yaz və yay qəbul imtahanları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə Dövlət İmtahan Mərkəzinin saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.
11:33
Dövlət İmtahan Mərkəzi ali və 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinə sənəd verən şəxslərə əlavə şans yaradıb.

DİM-in mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, sənəd qəbulunun müddəti bu gün saat 12.00-dək uzadılıb. Elektron ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Qeyd edək ki, tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu martın 15-dən başlayıb aprelin 15-də başa çatmalı idi.

İxtisas qrupları, yaz və yay qəbul imtahanları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə Dövlət İmtahan Mərkəzinin saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.




SON XƏBƏRLƏR

2019-06-18