2019-04-16 12:47:22   |   151 dəfə oxunub

150 kiloqram yararsız ət aşkarlandı


Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, növbəti belə tədbir aprelin 15-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Tovuz rayonu ərazisində keçirilib.


Qazqulu kəndi ərazisində Şəmkir rayon sakini T.Əliyevin idarə etdiyi "Ford Transit” markalı avtomobilə baxış zamanı N.Əliyevə məxsus, istifadəyə yararsız halda olan 150 kiloqram çəkidə mal əti aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırma aparılır.




SON XƏBƏRLƏR

2019-06-18