2019-04-16 12:49:24   |   106 dəfə oxunub

Vətəndaşlar əziyyət çəkirdi

Vəkil məhkəmə orqanlarına ödənişlərin "ASAN ödəniş"ə keçməsini alqışladı



"ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. ASAN-ın Ədliyyə Nazirliyi ilə birgə əməkdaşlığı nəticəsində 96 məhkəmə orqanının 21 növ xidməti üzrə ödənişləri "Elektron məhkəmə informasiya sistemi” vasitəsilə "ASAN ödəniş” sisteminə inteqrasiya edilib. Artıq vətəndaşlar məhkəməyə verilən iddia ərizəsi üçün müəyyən edilmiş dövlət rüsumlarını və digər bu kimi ən çox edilən ödənişləri heç yerə getmədən, vaxta qənaət edərək kompüter arxasından həyata keçirmək imkanına malikdirlər.

Dəyişikliyi "Şərq”ə dəyərləndirən tanınmış vəkil İradə Cavadova deyib ki, məhkəmə prosesi ilə bağlı ödənilən rüsumlar elektron dövlət portalı vasitəsi ilə həyata keçirilirdi. Kapital bank vasitəsi ilə rüsumları normal şəkildə ödəmək mümkün idi:

 "Amma vətəndaşlar bir çox banklarda bu ödəmələri edə bilmirdilər. Təbii ki, problemlər müxtəlif idi. İnsanlar ödəmənin hansı yolla həyata keçirildiyini dəqiq bilmirdi. İnternetə çıxış və düzgün istifadə etmək bacarığı, ödəniş etmək üçün bank kartlarının tələb olunması və s. məqamlar müəyyən çətinliklər yaradırdı. Vətəndaşlar da bundan əziyyət çəkirdi. Prosesin bir sistemdə cəmlənməsi və "ASAN”a verilməsi gələcəkdə vətəndaşlar üçün daha rahat və asan olacaq”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-04-20