2019-04-16 12:54:54   |   177 dəfə oxunub

“Himn və gerblə bağlı müzakirələrə son qoyulacaq” - Deputat



"Cənab Prezident himnimizlə bağlı mətni təsdiq edib”.

Bu sözləri "Sherg.az”a açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Deputatın sözlərinə görə, Azərbaycan Respublikasının himni və gerbi ilə bağlı müvafiq qanunların qəbul edilməsi müxtəlif müzakirələrə son qoyacaq:

"Konstitutsiyanın 23-cü maddəsində nəzərdə tutulmuşdu ki, himn, gerb və bayraqla bağlı qanun qəbul edilsin. Fikrimcə, bu qanun xeyli gecikmişdi. 23 ildən sonra da olsa, nəhayət ki, qanunla qəbul olundu.

Cənab prezidentə təşəkkürlərimi bildirirəm ki, bu məsələ ilə bağlı mənim də bir sıra təkliflərim nəzərə alındı. Ölkə başçısının imzaladığı fərmanı olduqda yüksək qiymətləndirirəm.

Qanun qəbul olunduqdan sonra bəzi anlaşılmazlıqlar da aradan qalxacaq. Bəziləri elə düşünürdülər ki, himnlə bağlı məsələləri müzakirə edərək əsas konteksdən yayınmağa çalışırıq. Lakin cənab Prezidentin Milli Məclisə təqdim etdiyi qanun layihəsinin əsasında müzakirələr aparıldı. Qarabağı azad etmək istəyən bir dövlətin himninin daha güclü olmasını arzulayıram”.

Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1512-VQ nömrəli Qanununun tətbiqi barədə” fərman imzalayıb. Qanuna əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının Dövlət Himninə hörmət etməlidir, Dövlət Himninə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-04-20