2019-04-17 17:04:46   |   331 dəfə oxunub

“ABŞ İrəvana öz təzyiqini müxtəlif yollarla göstərəcək” - Etimad yoxdur




"Azərbaycan baş verən bu proseslər fonunda Vaşinqtonla diplomatik əlaqələri inkişaf etdirməlidir”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və ərazi bütövlüyü çərçivəsində həlli Vaşinqtonun region maraqlarına cavab verir: 

"Ermənistan baş naziri Nikol Paşinyanın parlamentdə qəbul etdiyi xarici siyasət strategiyasında Rusiyanın pioritet ölkə kimi qeyd edilməsi, Qarabağla bağlı heç bir güzəştə gedilməməsi Vaşinqtonun Paşinyana inamını itirməsinə gətirdi. Paşinyanın bir illik hakimiyyətinə baxmayaraq, Amerikaya dəvət edilməməsi, yüksək məbləğdə kreditlərin verilməməsi inamsızlığı daha da dərinləşdirdi. Paşinyan nə qədər can atsa da, ABŞ rəhbərliyi baş nazirə iki stulda oturmaq imkanı tanımadı.

 Bundan sonra da Paşinyan hökumətinə Amerikanın heç bir etimadı gözlənilmir. Paşinyanın öz hakimiyyətini qorumaq naminə Ağ Evin region siyasətinə qarşı çıxaraq Kremlin maraqlarını qorumaq xətti götürdü. Təbii ki, ABŞ bu proseslərə seyirçi qalmayacaq və İrəvana öz təzyiqini müxtəlif yollarla göstərəcək”.

Analitikin sözlərinə görə, Ermənistanda baş verən inqilabdan sonra ABŞ-ın Cənubi Qafqazda geosiyasi mövqeyini gücləndirəcəyi gözlənilirdi. Çünki inqilabın əsas katalizatoru Amerikanın İrəvandakı səfirliyi idi:

 "ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun regiona səfəri və İrəvanda verdiyi mesajlar regionda Vaşinqtonun siyasətinin ştirixləri idi. Boltonun İrəvanda inqilabın müsbət nəticələnməsi və ölkənin Rusiyanın forpostluğundan çıxması üçün ilk növbədə işğalçı siyasətindən əl çəkməsini vurğulaması yeni siyasi mərhələnin başlanğıcından xəbər verirdi. 

Vaşinqton bununla regionda öz geosiyasi mövqeyini gücləndirməsini hesablayırdı. İnqilabda Paşinyana verilən dəstət buna əsaslanırdı. Amma Paşinyan Vaşinqtonun bu siyasətinə sadiq olmadı”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-20