2019-04-18 14:39:13   |   386 dəfə oxunub

Ərdoğan seçkilərdən danışdı: "Bizim üçün məsələ bitmişdir"


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP-nin namizədi Ekrem İmamoğluna İstanbul bələdiyyə başqanı vəsiqəsinin verilməsinə münasibət bildirib.

"Sherg.az”ın "Milliyet.com.tr”yə istinadən verdiyi məlumata görə, Ərdoğan 31 mart seçkisinin demokratik mühitdə baş tutduğunu bildirib:

"Heç kimin haqlı etiraz edənləri təhqir etməyə ixtiyarı yoxdur. Yüksək Seçki Qurumu nöqtəni qoyduğu anda bizim üçün məsələ bitmişdir. Bundan sonra yola davam edəcəyik. Dünyada bizim kimi kütləvi şəkildə seçkiyə qatılan ikinci bir dövlət və millət yoxdur. Böyük əksəriyyətin aktiv iştirak etdiyi seçkinin nəticələrinin xalqımız üçün xeyirli olmasını diləyirəm. Bələdiyyə seçkisinin nəticəsi milli iradənin möhkəmlənməsi adına tarixi bir qazancdır”.

İsmayıl




SON XƏBƏRLƏR

2019-05-20