2019-04-19 12:55:55   |   390 dəfə oxunub

Ekspertdən nazirliyə sual: “Buğda özümüzdə varsa, niyə onu idxal edirik?!”

“Ölkədə adam başına 300 kiloqram dənli taxıl bitkiləri istehsal olunursa, deməli, ölkə taxıla və heyvandarlıq məhsullarına olan tələbatı təmin etməlidir”



"Ölkəmizdə monopoliya ləğv olunmalı və iqtisadi fəallıq artırılmalıdır”.

Bu sözləri "Sherg.az”a açıqlamasında iqtisadçı-ekspert Nazim Bəydəmirli  deyib.

Ekspert vurğulayıb ki, bu gün vətəndaşlar daha çox öz əkin sahələrinə təşviq olunmalıdır:


"Əvəllər Nazirlət Kabinetinin qərarı ilə bir neçə dəfə buğda idxalından əlavə dəyər vergisi götürülüb. Bunun da müxtəlif səbəbləri var idi. Əgər ölkədə daxili istehsalı stimullaşdırmaq məqsədi ilə hansısa məhsula vergi tətbiq olunursa, görünür, bu effekt vermir. 

Daxili istehsal dedikdə isə, biz bu istehsalı ancaq kağız üzərində görürük. BMT-nin bu məsələ ilə bağlı normaları var. Əgər digər ölkələrdə normaya uyğun olaraq 90 kq çörək istehsal olunursa, Azərbaycanda bu rəqəm 2 dəfə artır. Çünki bizi daha çox çörək yeyən millət kimi qiymətləndirirlər. Bütün bunlar da əhalinin gəlir səviyyəsinin aşağı olmasını sübut edir.

Eyni zamanda əgər ölkədə adam başına 300 kiloqram dənli taxıl bitkiləri istehsal olunursa, deməli, ölkə taxıla və heyvandarlıq məhsullarına olan tələbatı təmin etməlidir. Lakin hər il Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı hesabatlarda göstərilir ki, ölkədə 2 milyon 700 min ton buğda idxal olunur. Bu zaman sual yaranır ki, buğda özümüzdə varsa, biz niyə onu idxal edirik? Orta idxalımız illik olaraq 1 milyon 500 min ton kimi göstərilir. 

Deməli, biz nə qədər çox çörək yemiş olsaq da, statistik rəqəmlər yanlışdır. Həmin statistik göstəricilər dövlət büdcəsi vəsaitini kağız üzərində artırmaqla mənimsəməkdən ibarətdir. Hesablama Palatası və Maliyyə Nazirliyi bu rəqəmləri açıqlayaraq mənimsəmələrin olduğunu bildirmişdi. Ona görə də, iqtisadiyyatı gömrük və vergi dərəcələri ilə stimullaşdırmaq olmaz. Çünki bu, effektiv deyil.

Təəssüf ki, hazırda nə Nazirlər Kabinetinin, nə də Kənd Təsərrüfatı Nazirliyinin kadr potensialının səviyyəsi imkan vermir ki, ölkədə normal islahat aparılsın”.

Qeyd edək ki, Prezident İlham Əliyev ölkəmizdə çörək istehsalı və satışı üçün vergilərin ləğv olunması ilə bağlı sərəncam imzalayıb. Sənədə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 1 il vergidən azad olunub. Vergidən azadetmə 2021-ci ilədək davam edəcək.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-05-19
2019-05-18