2019-04-19 15:49:18   |   489 dəfə oxunub

Yəhudi alim dünya tibb tarixində İLKƏ İMZA ATDI: Süni ürək... - Fotolar


İsrailli alimlər 3D ilə süni ürək yaradıblar.

"Sherg.az” "rfi.fr”ə istinadən xəbər verir ki, bu ürək 2019-cu ilin 15 aprel tarixində Təl-Əvİv universitetinin alimi Tal Dvir tərəfindən hazırlanıb. 

Bu, dünya tibb sahəsində ilk addımdır. Artıq bu ürək İsraildə cəmiyyətə təqdim olunub. Hazırda bu ürək işlək vəziyyətdə deyil. 

Köçürmə etmək üçün onun bir az da inkişaf etdirilməsinə ehtiyac var. Alimlər hesab edirlər ki, artıq müəyyən texnologiyaların sayəsində anadagəlmə orqanları əvəz etmək mümkün olacaq.

Bu süni ürək albalı boyüklüyündədir. Dövşan ürəyini əvəz edə bilər.

Tal Dvir diqqətə çatdırıb ki,  bu ürəyi insanlara köçürmək üçün onu nisbətən inkişaf etdirmək lazımdır:

"Bundan sonra insanların ürəyi böyüklüyündə bir ürəyin hazırlanmasının yollarını öyrənmək üçün çalışacağıq. Həmin ürək sərbəst şəkildə çalışmalıdır. Bu ürəklər qanı dövr etdirmə bacarığına malik olmalıdırlar.

Yaradılan bütün süni ürəklər ilk növbədə heyvanlara köçürüləcək. Yoxlamadan sonra onları insanlara köçürmək mümkün olacaq. Bu süni ürək ürək-damar xəstəlikləri nəticəsində ölənlərin sayının azaldılması və ya sıfıra endirilməsi məqsədilə hazırlanıb. Bununla həmin xəstəlikdən ölənlərin sayının kəskin azalmasına nail ola bilərik”.

Tərcümə etdi: Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-05-19
2019-05-18