2019-04-19 19:22:57   |   807 dəfə oxunub

Dünyada 23 milyon qadın çatışmır – DOĞULMAMIŞ ÖLƏNLƏR ! + Video

1970-ci ildən 2017-ci ilə qədər Hindistanda 11, 9 milyon, Çində isə 10, 6 milyon qız uşağı selektiv abort nəticəsində məhv edilib





Dünyada 23 milyon qadın çatışmır.

"Sherg.az” "madame.lefigaro.fr”ə istinadən xəbər verir ki, 1970-ci ildən etibarən dünyada qadın və kişilərin sayında tarazlıq pozulmağa başlayıb.

Və bu günə qədər dünyada kişi və qadınların sayında 23 milyon fərq yaranıb.

Bu barədə Sinqapur Univeristetində Fenginq Çaonun rəhbərliyi altında fəaliyyət göstərən "Proceedings of the National Academy of Sciences” qəzetində məqalə dərc olunub.

Yazıda qeyd olunur ki, insan sayına görə dünyanın qabaqcıl ölkələrinin 12-dən çoxunda qız uşaqları gün üzünə çıxmadan ana bətnində öldürülürlər. Bu ölkələr sırasında Çin və Hindistan ön sıralarda dayanır.

 
1970-ci ildən 2017-ci ilə qədər Hindistanda 11, 9 milyon, Çində isə 10, 6 milyon qız uşağı selektiv abort nəticəsində məhv edilib ki, bu da ümumi doğulan qız uşaqlarının 38 faizini, üçdə birini təşkil edir. Nəticədə dünyada tarazlıq pozulur.

Vyetnamda, qadın çatışmazlığı 2001-ci ildən, Honkonqda 2004-cü ildən başlayıb. Bundan başqa Tunis, Albaniya və Monteneqroda da qadın qıtlığı yaşanır.

Həmçinin müəlliflər qeyd edirlər ki, selektib abortların geniş yayılmasına müasir texnologiyaların meydana gəlməsi və sürətlə inkişafı səbəb olub.

Çünki hazırda ana bətnində olarkən dölün cinsini müəyyən etmək çox asandır. Məhz ona görə də bütün dünyada selektiv abortlar artmağa başlayıb və artıq dünyanın baş ağrısına çevrilib. Ona görə ki əksər ailələr oğlan uşağının arzusundadır.

Tərcümə etdi: Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-05-19
2019-05-18