2019-04-20 15:00:54   |   159 dəfə oxunub

Azərbaycanda qarışıqlıq yaratmağa çalışırlar: “Çirkin niyyətlərinə çata bilməyəcəklər”

Elman Nəsirov: “Azərbaycanın inkişafını həzm edə bilməyən qüvvələrin hər zaman yuxusu haram olub"




"Azərbaycanın iqtisadi, sosial, siyasi və humanitar sahələrdə əldə etdiyi uğurlar bəzi yerli və xarici qüvvələri olduqca narahat edir”.

Bu sözləri "Sherg.az”a açıqlamasında politoloq, millət vəkili Elman Nəsirov deyib.

O qeyd edib ki, anti-Azərbaycan qüvvələr ölkəmizin uğurlarını, güclənməsini həzm edə bilmirlər:

"Azərbaycanın inkişafını həzm edə bilməyən qüvvələrin hər zaman yuxusu haram olub. Azərbaycan tərəqqi etdikcə permanent yuxusuzluq sindromundan əziyyət çəkən bu qaragüruhçu qüvvələr əvvəlcə siyasi apatiya vəziyyətinə düşür, sonra isə "psixi sayıqlamalar” fonunda qərəzli açıqlamalar verirlər, dezinformasiyalar yayırlar, çirkin kampaniyaya başlayırlar. Məsələ ondadır ki, qərəzli beynəlxalq təşkilatlar Azərbaycanın müstəqil siyasətinə öz iradələrini qəbul etdirmək, ölkəmizin imicini ləkələmək, ona təzyiq göstərmək və beləliklə də inkişaf edən, social islahatları dərinləşdirməklə güclənən dövlətin, inkişafına əngəl törətmək istəyirlər. Biz belə təxribatlarla əvvəllər də qarşılaşmışıq. Azərbaycanın qazandığı uğurları sinirə bilməyən qara əllər təxribatlara, qərəzli yanaşmalara yer verirlər”. 

Deputat vurğulayıb ki, Ermənistan və onun dostları bu qərəzli, dezinformasiya xarakterli məlumatları yaymaqla məqsədlərinə nail ola bilməzlər:

"Təəssüflər olsun ki, erməni lobbisinin təsirinə düşən bəzi beynəlxalq qərəzli təşkilatların qulluqçuluğunu edən Azərbaycanda "5-ci kolon” nümayəndələri də var. Onlar Azərbaycanda qarışıqlığın yaranmasına maraqlıdırlar. Amma bu məqsədlərinə nail ola bilməzlər. Çünki xalq-iqtidar birliyi var. Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Hər zaman ölkə rəhbərliyinin social-iqtisadi siyasətini təqdir edən xalq, beynəlxalq nüfuz qazanan Azərbaycanı istəyir. Dövlətimizin güc sahibi olması vətəndaşların rifah halının yüksəldilməsi ölkə rəhbərliyinin əsas siyasət istiqamətidir. Belə halda qərəzli yanaşmalara, iftiralara, çirkin kampaniyalarla dövlətimizin inkişafının qarşısının alınmasına xalq imkan verməz. O erməni lobbisinə xidmət edən təşkilatlar da, erməni işğalçılarının dediyi ilə oturub-duranlar Azərbaycana nəyisə diktə edə bilməzlər”.

Qeyd edək ki, ermənipərəst qüvvələr Azərbaycanın uğurlarına ləkə yaxmaq, onu nüfuzdan salmaq üçün yenidən hərəkətə keçiblər. Onların sifarişlərini yerinə yetirən "Trensparency İnternational”, "Amnisty İnternational”, OCCRP və digər bu kimi qurumlar ölkəmiz, dövlət başçısı və onun ailə üzvləri haqqında yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yayır, Azərbaycanı beynəlxalq qınaq obyektinə çevirməyə, ölkə daxilində "5-ci kolon” vasitəsilə ictimai narazılıq formalaşdırmağa cəhd göstərirlər. Azərbaycanın müstəqil siyasət yürüdən güclü dövlətə çevrilməsindən, qarşıdan gələn dövrdə Azərbaycan bir sıra mühüm tədbirlərə ev sahibliyi edəcəyindən, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanacağından, Azərbaycanla Aİ arasında strateji tərəfdaşlıq sazişinin imzanayacağından, ölkəmizin Qoşulmama hərəkatına sədrlik edəcəyindən ciddi narahat olan həmin qüvvələrin artıq ölkəmizə, onun rəhbərliyinə qarşı növbəti qarayaxma kampaniyası həyata keçirəcəyi ehtimal olunur. Avropa Şurasında bu yaxınlarda qəbul olunmuş qətnamə bunu bir daha sübut edir.

Anar





SON XƏBƏRLƏR

2019-05-22