2019-04-20 17:04:11   |   646 dəfə oxunub

Görmə əngəlli yapondan dünyanı heyrətləndirəcək ADDIM: Sakit okeanı... - Fotolar



16 yaşında görmə qabiliyyətini itirən Mitsühiro İvamoto adlı yaponiyalı dünyada Sakit okeanını üzüb keçən ilk görmə əngəlli naviqatordur.

"Sherg.az” "nouvelobs.com”a(yenimüşahidə) istinadən xəbər verir ki,
M.İvamoto bir yelkənli qayıqla Sakit okeanını dayanmadan üzüb keçir. Bu barədə Yaponiyanın "Kyodo News” agentliyi məlumat verib.

Xəbərdə deyilir ki, 52 yaşlı M.İvamoto bu il fevralın 24-də 12 metr uzunluğu olan yelkənli gəmisi isə Fukuşimanın sahilinə gəlib. Təxminən 2 ay ərzində Sakit okenaı keçib və o, fevralın 24-də Kaloforniyaya çatıb.

Müvəqqəti olaraq San Diaqoda qalan M.İvamoto daha sonra Kaliforniyanı tərk edib.

M.İvamoto qeyd edib ki, bu, onun ikinci təşəbbüsüdür:

"İlk təşəbbüsüm alınmadı. 6 il öncə, qısa müddətli bir səhayətə çıxdım Yelkənli gəmim balina ilə toqquşduğu üçün bu səyahəti sona qədər həyata keçirə bilmədim. 14 min kilomterliklik səyahətdən sonra, nəhayət ki istəyimə çatdım. 

İlk uğursuzluq məni fikrimdən döndərə bilmədi. Dünyada Sakit okeanı üzüb keçən ilk görmə əngəlli mənəm. Bu nailiyyətim mənə çox böyük həyat eşqi və yaşamaq şövqü, həvəsi verir”.

Tərcümə etdi: Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-05-22