2019-04-20 19:55:08   |   359 dəfə oxunub

Fransada Makronun reytinqi sürətlə düşür - “Opinionway” açıqladı




Fransızların yalnız 27 faizi prezident Emmanüel Makronun prezidentltik fəaliyyətindən razıdır.

"Sherg.az” "lefigaro.fr”ə istinadən xəbər verir ki, E.Makrona qarşı narazılıqlar ciddi şəkildə artır. Prezident reytinqi azalan xətt üzrə inkişaf edir. 

Belə ki, "Opinionway” sorğu şirkətinin bu gün yaydığı hesabatda qeyd olunur ki, Fransa əhalisinin yalnız 27 faizi E.Makronun bütün sahələrdəki addımlarını dəstəkləyir ki, bu da ötən ayla müqayisədə 5 faiz azalma deməkdir. Ötən ay isə fransızların 32 faizi E.Makronun fəaliyyətindən razı qaldığını bəyan etmişdi.

"Opinionway”in açıqladığı nəticələrdə göstərilir ki, sorğuda iştirak edənlərin 5 faizi Makrondan tamamilə razı oldğunu bildirib. 22 faiz nisbətən razı qalıb. 30 faiz narazarı olub, 40 faiz isə çox narazı qaldığını bəyan edib.

Qeyd edək ki, E.Makron prezident seçilərkən ona fransızların 64 faizi etimad göstərib. Onun opponentləri Fransua Fiyon 39 faiz, Jan Lük-Melanxona 15 faiz , Marin lö Pen isə 6 faiz səs qazanıb.

Tərcümə etdi: Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-05-22