2019-04-21 13:08:33   |   229 dəfə oxunub

Dəhşətli partlayışlarda yaralananların arasında azərbaycanlılar var? - XİN-dən açıqlama


Bu gün Şri-Lankada kilsələrdə və otellərdə törədilən partlayışlarda zərərçəkənlərin arasında azərbaycanlıların olması barədə hər hansı məlumat daxil olmayıb.

Bu barədə Lent.az-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, bu gün paytaxt Kolomboda 3 oteldə və bir kilsədə, Neqombo qəsəbəsində isə iki kilsədə partlayış törədilib. Partlayışlar nəticəsində ən azı 52 nəfər ölüb. Şri-Lankanın iqtisadi islahatlar naziri Xarş de Silva bu gün kilsələrdə və otellərdə baş verən partlayışlarda ölənlər arasında əcnəbilər olduğunu bildirib.




SON XƏBƏRLƏR

2019-05-20