2019-04-21 14:20:27   |   109 dəfə oxunub

Şri-Lanka baş naziri partlayışları “qorxaq hücum” adlandırdı


Şri-Lanka baş naziri Ranil Vikramasinqhe ölkənin kilsələrində və otellərində baş vermiş partlayışları pisləyib.

O özünün Twitter səhifəsində yazaraq baş verənləri qorxaq hücum adlandırıb.

"Bütün əhalini bu faciəvi anda güclü və birlikdə olmağa çağırıram”, - deyə baş nazir vurğulayıb.

O həmçinin yoxlanılmamış məlumatları yaymamağa çağırıb.

Qeyd edək ki, partlayışlar nəticəsində 160 nəfər ölüb, 360 nəfər yaralanıb. Şri-Lanka hökuməti baş verənlərlə bağlı təcili iclas çağırıb.




SON XƏBƏRLƏR

2019-05-22