2019-04-21 16:17:30   |   90 dəfə oxunub

Terror aktları ilə əlaqədar 7 nəfər saxlanılıb


Bu gün Şri-Lankada törədilən terror aktları ilə əlaqədar 7 nəfər saxlanılıb.

ONA-nın "RİA Novosti’” agentliyinə istinadən verdiyi məlumata görə, bunu barədə Şri-Lankanın iqtisadi islahatlar naziri Xarş de Silva bildirib.

Qeyd edək ki, bu gün Pasxa bayramı zamanı paytaxt Kolombo və ölkənin digər yerlərində katolik kilsələrdə və otellərdə 8 partlayış törədilib, ən azı 185 nəfər ölüb.
Şri-Lanka hakimiyyəti bu gün saat 18.00-dan sabah saat 06.00-dək komendant saatı elan edib.




SON XƏBƏRLƏR

2019-05-22