2019-04-21 17:44:32   |   174 dəfə oxunub

Bakıda it azyaşlının üzünü parçalayıb - FOTO


Bakıda azyaşlı quduz itin hücumuna məruz qalıb.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib.

İt küçədə 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum edib. Quduzlaşmış it azyaşlının yanaq nahiyəsini parçaladıqdan sonra ölüb.
Ağır yaralanan 4 yaşlı uşaq 1 saylı Klinik Xəstəxanaya aparılıb, quduzluq əleyhinə zərdab vurulub.

Cərrahi əməliyyat aparılaraq uşağın yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.




SON XƏBƏRLƏR

2019-05-22