2019-04-21 17:51:10   |   310 dəfə oxunub

"Kılıçdaroğluna hücum edənlər təlimat alan kəslərdir" - İmamoğlu



İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu CHP lideri Kamal Kılıçdaroğluna hücumla bağlı açıqlama verib: 

"Liderimiz, hörmətli Kamal Kılıçdaroğlunu buradan sevgiylə, hörmətlə salamlayıram. Çox təəssüf ki, bu gün ürəkaçmayan bir hadisə yaşadı, amma özü çox yaxşıdır. Gülər üzləsizləri sevgiylə, hörmətlə salamladı. Ona bu hərəkəti edənlər vətəndaşlarımız deyil. Onu bu hala gətirənlər, təlimat alan kəslərdir. Mənim vətəndaşım belə bir şey etməz. Nə olursa olsun, etməz. Görəcəksiniz, bu səfər sevgi qazanacaq. Bu səfər hörmət qazanacaq. Birlikdə olsaq, kürək- kürəyə versək, çox iddialıyıq. Yurdda sülh, dünyada sülh prinsipiylə çox iddialıyıq" deyə danışıb.

Turan




SON XƏBƏRLƏR

2019-05-22