2019-04-21 19:07:30   |   267 dəfə oxunub

CHP lideri: "Bu ölkə üçün canını verəcək biri varsa, onun adı Kılıçdaroğludur"

"Məni üzən nədir bilirsinizmi, məni üzən şəhidə edilən hörmətsizlikdir"

 

Türkiyənin ana müxalifət partiyası - CHP-nin lideri Kamal Kılıçdaroğlu Ankarada bir şəhidin dəfn mərasimində hücuma məruz qaldığa hadisə ilə bağlı açıqlama verib. 

CHP lideri, "Onlar elə  sanırlar ki, CHP-nin başçısı Kamal Kılıçdaroğlu bu  hücumdan sonra geri addım atacaq, bir milli də geri addım atmayacağam. Bu ölkənin dirliyini və bütünlüyünü hamımız müdafiə edirik. Bu ölkənin çınqılını, daşını belə bir adama fəda etmərəm, vermərəm. Bu ölkə üçün canını verəcək biri varsa, onun adı Kamal Kılıçdaroğludur" deyib.

"O şəhidlər 82 milyonun şəhididir"

- Mənə edilən hücum Türkiyənin birliyinə və bütünlüyünə edilmiş qəsd deməkdir. 82 milyonu qucaqlayan bir partiyanın lideriyəm. Heç kim unutmasın. Mən quruluşun və qurtuluşun partiyası olan Cümhuriyyət Xalq Partiyasının başçısıyam. 
Şəhidlər bizim şəhidlərimiz, bizim qürurumuzdur. Son mənzilə yola salanda hamımızın ürəyində ağrı acı olur. Şəhidliyin uca mərtəbə olduğunu hamımız çox yaxşı bilirik. Amma mənim şəhidin dəfn mərasiminə getməyimi istəmirlər. Sanırlar ki, təzyiq edəcəyik, təhdid edəcəyik, hücum edəcəyik, Kamal Kılıçdaroğlu şəhid mərasimlərinə qatılmasın. Qatılacağam, sonuna qədər qatılacağam. O şəhidlər 82 milyonun şəhididir.

"Siz hansı üzlə bir şəhid cənazəsini qalmaqala çevirirsiniz"

- "Şəhidlər ölməz, vətən bölünməz" bu bizim şüarımızdır. Çanaqqalada şəhidlərimiz var. Dumlupınarda, Sakaryada, Afrində  şəhidlərimiz var . Biz şəhidlər arasında heç bir zaman ayrı-seçkilikçilik etmədik. Başımızın üstündə yeri var, 82 milyonun qürurudur. Biz belə bilirik, belə də davranarıq. Biz bu ölkəni necə qurduq, bu ölkəni necə tikdik. Bu ölkənin təməllərində on minlərlə, yüz minlərlə şəhidimizin ağrısı, qanı, gözyaşı var. Siz hansı üzlə bir şəhid cənazəsini qalmaqala çevirirsiniz,  dönüb hamı birlikdə soruşmaq məcburiyyətindədir.

"Məni üzən nədir bilirsinizmi, məni üzən şəhidə edilən hörmətsizlikdir"

- Bu hadisədə məni üzən vəziyyət budur, mən hücuma məruz qaldım deyə əsla kədərlənmədim. Haqqı, hüququ və ədaləti müdafiə edənlər tarixin hər dövründə hücuma məruz qalıblar. Məni üzən nədir bilirsinizmi, məni üzən şəhidə edilən hörmətsizlikdir. Şəhidə hörmətsizlik edildi. Şəhidin cənazə namazı belə doğru - dürüst qılınmadı, məni üzən budur. Ata ağrılı, ana ağrılı, yaxınlar ağrılı, kəndlisi ağrılıdır. O kənddə yaşayanların heç birisinin qəbahəti, qüsuru yoxdur. Kənardan gələnlərin təlimatıdır bu. Bu sifarişlər bizi yoldan döndərə bilməz.


"Nə edirdiniz, edin əsla imtina etməyəcəyik"

- Sizə və 82 milyon vətəndaşımıza söz verirəm. Bir canım var. Bu ölkənin davamlılığı, hüzuru, inkişafı, bütün uşaqların xoşbəxt olması üçün bir can lazımdırsa, o canı verməyə hazıram. Heç bir hücum bizi qorxutmaz . Bu ölkəni böyütmək məcburiyyətindəyik. Bu hücumların səbəbi nədir bilirsinizmi? İlk dəfə CHP bu ölkədə barışın, hüzurun suveren olması üçün mübarizə etdi. Fərqli siyasi fikirdəki insanlar ölkənin birliyi, bütünlüyü üçün bir araya gəldi. "Görəsən hücum etsək, Kılıçdaroğlu imtina edərmi" deyə düşünürlər. Nə edirdiniz, edin əsla imtina etməyəcəyik.

"Söz verirəm. Ölkənin hər qarışında bahar olacaq"

- Hamınıza təşəkkür borcum var. Sağ olun, var olun. Birlikdə mübarizə edəcəyik. Heç kim unutmasın, bu ölkədə baharı gətirəcəyik. Söz verirəm. Ölkənin hər qarışında bahar olacaq. Baharı gətirəcəyik dediyimdə "Nə baharı, edə bilməzsiniz" demişlər idi. Bu ölkənin insanlarının xoş görüşünə, fərasətinə güvənirəm. Bu ölkədə hər kəsin hüzur içində yaşamasını, hər uşağın xoşbəxt olmasını, hər evdə dincliyin, bərəkətin olmasını istəyirəm. Alın tərinin çox qiymətli olduğunu bilirəm. Alın təri tökən insanların əməyinin nə qədər uca olduğunu bilirəm. Türkiyə Cümhuriyyətinin quruluşu və qurtuluşunun dəyərlərinə sahib çıxacağıq. Yaşasın Cümhuriyyət, yaşasın demokratiya, yaşasın Mustafa Kamal Atatürk!"

Turan 




SON XƏBƏRLƏR

2019-05-22