2019-04-21 20:24:38   |   292 dəfə oxunub

Almatıda “Hyundai” avtomobil zavodunun təməli qoyulub



Qazaxıstanın Almatı şəhərində yeni avtomobil zavodu istifadəyə veriləcək.

AZƏRTAC xəbər verir ki, Almatı sənaye zonasında "Hyundai Trans Kazakhstan” zavodunun təməlqoyma mərasimi keçirilib.

"Hyundai Astana” şirkətinin Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin dəstəyi ilə tikəcəyi zavod Qazaxıstan bazarını keyfiyyətli və səmərəli avtomobillərlə təmin edilək.

İstehsal olunacaq "Hyundai” avtomobillərinin MDB ölkələrinə ixracı da nəzərdə tutulur. Müəssisə Cənubi Koreya və Yaponiya istehsalı olan ən son texnoloji avadanlıqla təchiz ediləcək. Bu zavodda "Hyundai” markalı avtomobillərin bütün modellərinin istehsalı nəzərdə tutulub.

Layihənin investisiya dəyəri 25 milyard təngə təşkil edir. 2020-ci ildə isə ilk avtomobilin istehsalı planlaşdırılır.




SON XƏBƏRLƏR

2019-05-23
2019-05-22