2019-04-21 20:27:03   |   198 dəfə oxunub

Nərminə Səmədova: Səhvə yol verməsəydim, birinci yeri tutacaqdım


Bədii gimanstika üzrə II AGF Junior Trophy beynəlxalq turnirində lentlə hərəkətlərdə gümüş medal və topla hərəkətlərdə bürünc medal qazanan Azərbaycan gimnastı Nərminə Səmədova öz çıxışından razı qalıb.

Bunu Trend-ə N.Səmədova mükafatlandırma mərasimindən sonra deyib.

Gimnast bildirib: "Mən nəticədən razı qaldım, lakin daha yaşı çıxış edə bilərdim. Gürzlərlə hərəkətlərdə mən balaca səhvə yol verdim, o səhvə yol verməsəydim, birinci yeri tutacaqdım".

N.Səmədova böyük dəstəyə görə azarkeşlərə minnətdarlığını bildirib: "Əlbəttə, doğma ölkədə çıxış etmək daha rahatdır, çünki səni doğma adamlar dəstəkləyir".

2019-cu ilin iyul ayında Moskvada keçiriləcək gənclər arasında bədii gimnastika üzrə ilk Dünya Çempionatından danışan N.Səmədova qeyd edib ki, Dünya Çempionatına hazırlıq tam sürətlə gedir: "Məşqlərdə maksimum səylə işləyirik, planı yerinə yetirməyə çalışırıq".

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilib. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edib.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edib.




SON XƏBƏRLƏR

2019-05-24