2019-04-23 01:14:25   |   214 dəfə oxunub

“Beşiktaş” son dəqiqədə SUPER QOLLA qazandı



Futbol üzrə Türkiyə Superliqasının XXIX turunun son oyununda "Sivasspor” doğma meydanda "Beşiktaş”ı qəbul edib.
 "Yeni Sivas 4 Eylül” stadionunda keçirilən görüşün 31-ci dəqiqəsində İstanbul təmsilçisinin müdafiəçisi Damaqoy Vida hesabı açıb. Lakin meydan sahibləri 45-ci dəqiqədə Fousseni Diabatenin vurduğu qolla hesabı bərabərləşdiriblər. 
İstanbul futbolçuları isə 87-ci dəqiqədə Burak Yılmazın qolu sayəsində hesabda önə keçiblər. Bu, oyunda vurulan son qol olub. (azərtac) Beləliklə, "Beşiktaş” səfərdə "Sivasspor”a 2:1 hesabı ilə qalib gəlib. Hazırda "Beşiktaş” turnir cədvəlində 56 xalla üçüncü pillədə qərarlaşıb. Cədvəldə 
"Başakşəhər” 62 xalla birinci, "Qalatasaray” isə 59 xalla ikincidir.





SON XƏBƏRLƏR

2019-05-24