2019-04-23 12:47:34   |   169 dəfə oxunub

Deputatlar İTV-nin Yayım Şurasına yeni üzvlər seçdi



Parlamentin bugünkü iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası üzvlərinin seçilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

"Sherg.az”ın xəbərinə görə, İTV-nin Yayım Şurasına idman federasiyalarından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı və Azərbaycan Qalaqapı Federasiyasının (Qo) vitse-prezidenti Orxan Muxtarov, dini konfessiyalardan QafqazMüsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini Salman Musayev, yaradıcılıq təşkilatları tərəfindən Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) katibi Zemfira Qafarova və İttifaqının baş məsləhətçisi Cəmilə Həsənovanın namizədliyi irəli sürülüb.
Səsvermə nəticəsində İTV-nin Yayım Şurasına idman federasiyalarından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı, dini konfessiyalardan Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini Salman Musayev və yaradıcılıq təşkilatları tərəfindən Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) katibi Zemfira Qafarova seçiliblər.
Qeyd edək ki, bu şəxslər 6 il müddətinə seçilib.

Anar





SON XƏBƏRLƏR

2019-05-19
2019-05-18