2019-04-23 12:56:43   |   166 dəfə oxunub

Millət vəkilindən BNA-ya sərt sözlər: "Maşınların şəkillərini çəkib cərimə yazmaqla işlərini bitmiş hesab edirlər"

"Əvvəlllər dayanacaqların təmizliyi, yollarda piyada zolaqlarının çəkilişi nisbətən normal qaydada tənzimlənirdi. İndi bu səlahiyyət aylardır Bakı Nəqliyyat Agentliyinə verilib. Artıq nə dayanacaqlar yuyulur, nə də pozulmuş zolaqlar bərpa olunur. Ancaq dayanacaq olmayan yerlərdə park edən maşınların şəkillərini çəkib cərimə yazmaqla işlərini bitmiş hesab edirlər”.

"Sherg.az”ın xəbərinə görə, bu sözləri deputat Fazil Mustafa parlamentin iclasında deyib. Millət vəkili qeyd edib ki, ən vacib məsələ piyadaların həyati təhlükəsizliyidir:

"Bu xidməti isə göstərməyə laqeyd yanaşırlar. Ancaq ölkə prezidentinin və digər vəzifəli şəxslərin müntəzəm hərəkət etdiyi yollarda bu zolaqları vaxtında yeniləyirlər. Şəhərin digər yerlərində isə buna əhəmiyyət vermirlər. Hələ çəkilən ağ boyanın keyfiyyətini demirəm. İçinə nə qatırlarsa, bir neçə həftəyə pozulmuş olur. Bu məsuliyyətsizlik piyada ölümlərinin və xəsarət almalarının sayını artıra bilər”.

Anar






SON XƏBƏRLƏR

2019-05-19
2019-05-18