2019-04-23 13:06:00   |   134 dəfə oxunub

Millət vəkili: “Ermənistanın budəfəki təxribatına BMT şərait yaradıb”


Parlamentin bugünkü iclasında deputat Azay Quliyev BMT-də Azərbaycana qarşı təxribata əl atıldığını deyib.

"Sherg.az”ın xəbərinə görə, millət vəkili bildirib ki, BMT-nin üzvü olan hər bir ölkə bu quruma illik hesabat təqdim edir:

"Təəssüflər olsun ki, bu dəfə Azərbaycana qarşı təxribata yol verilib. Belə ki, Ermənistan təqdim etdiyi hesabatda qondarma "DQR”-in hesabatını da əlavə edib. Bununla da BMT-nin İnsan Haqları Şurası öz nizamnaməsindən kənara çıxıb. Bu hesabat 6 dildə yayılıb. Bizim qurumlar məsələyə münasibətini bildirməlidir. Ermənistan indiyədək dəfələrlə Azərbaycana qarşı təxribatlara yol verib. Ancaq Ermənistanın budəfəki təxribatına BMT şərait yaradıb. Özü də "Artsax” adı ilə təqdim olunub”.

A.Quliyev məsələyə ciddi reaksiya verilməsini zəruri sayıb:

"Bizim BMT-dəki səlahiyyətli nümayəndəmiz məsələyə müdaxilə etməli və həmin qondarma, qanunsuz hesabat BMT-nin saytından çıxarılmalıdır”.

Anar





SON XƏBƏRLƏR

2019-05-19
2019-05-18