2019-04-23 13:16:29   |   246 dəfə oxunub

“Aİ ilə imzalanacaq saziş Azərbaycan diplomatiyasının zəfəridir”



"Avropa İttifaqı ilə 13 may tarixində imzalanacağı nəzərdə tutulan strateji tərəfdaşlıq sazişinin layihəsində Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi qeyd olunub”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Analitik bildirib ki, sənəddə yer alan bur məsələ çox önəmli məqamdır:

"Azərbaycanın ərazi bütövlüyünün Avropa İttifaqı tərəfindən tanınması başqa, Dağlıq Qarabağın xüsusi olaraq Azərbaycanın ərazisi kimi göstərilməsi tamamilə başqa məsələdir. Bu, o anlama gəlir ki, Avropa İttifaqı ilk dəfə olaraq Ukrayna, Gürcüstan və Moldovadakı münaqişələrlə Dağlıq Qarabağ münaqişəsinə eyni standartlı yanaşma tətbiq edəcək. 

Qeyd olunan ölkələrin ərazi bütövlüyü ilə bağlı Avropa İttifaqının çıxardığı qətnamələrdə məxsusi olaraq münaqişə zonalarnın adları göstərilib. Məsələn, Gürcüstanın ərazi bütövlüyü tanınır və əlavə olaraq vurğulanır ki, Abxaziya və Cənubi Osetiya Gürcüstan torpaqlarıdır. Belə bir müddəanın strateji tərəfdaşlıq sənədində öz əksini tapması Azərbaycan diplomatiyasının növbəti zəfəri kimi dəyərləndirilməlidir”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-19
2019-05-18