2019-04-23 16:22:48   |   361 dəfə oxunub

“Kitab təqdimatlarında eyni simalar və eyni çıxışlar olur” – Format dəyişsin !



"Kitab təqdimatlarının formatını və yerini dəyişmək lazımdır”.

Bu sözləri "Sherg.az”a açıqlamasında yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı deyib.

Yazıçının sözlərinə görə, ölkəmizdə kitab təqdimatlarının hamısı eyni məkanda olur:

"Təqdimatlar ya "Natavan klub”unda, ya da bir-iki kitab mağazalarında keçirilir. Eyni simalar və eyni çıxışlar. Təbii ki, bütün bunlar oxucuları yorur. Fikrimcə, kitab təqdimatlarını daha maraqlı və qeyri-adi formada etmək mümkündür. Məsələn, məkanı dəyişərək təqdimatları təbiətin qoynunda, dəniz qırağında və yaxud dağda etmək olar. 

Bunların hər biri oxucuda maraq yaradar və daha cəlbedici görünər. Ütülənmiş sözlərdən, ürəkbulandıran ifadələrdən qaçmaq lazımdır. Eyni mətni bütün kitab təqdimatlarında səsləndirirlər. Əgər oxucuların diqqətini cəlb etmək, yazılan kitablara qiymət verilməsini istəyiriksə, fərqli yollara əl atmaq lazımdır”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25