2019-04-24 11:18:26   |   287 dəfə oxunub

İçərişəhər Ümumdünya Mədəni İrs Siyahısından çıxarılıb? - AÇIQLAMA


"İçərişəhərin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısından çıxarılması barədə yayılan xəbərlər əsassızdır”.

Bu barədə ONA-ya Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumat verib.

O bildirib ki, sosial şəbəkələrdə İçərişəhərin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısından çıxarılması haqqında yayılan məlumatlar şayiədir: "İçərişəhər Ümumdünya Mədəni İrs Siyahısındadır. O, nəinki siyahıdan çıxarılmayıb, bu barədə heç müzakirə belə getməyib”.

Qeyd edək ki, sosial şəbəkələrdə İçərişəhərin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısından çıxarılması haqqında xəbərlər yayılıb. Buna səbəb kimi İçərişəhər ərazisində aparılan tikinti işləri göstərilib.




SON XƏBƏRLƏR

2019-05-22