2019-04-25 16:34:27   |   859 dəfə oxunub

“...Tikintidə çalışanların oxuduğu mahnı insanı heyrətə gətirir” - Video

Şeyx Əbdül Mahmudbəyov: “Belə insanlara musiqi elmini tədris etmək faydalıdır. Bu zaman texnikanın, "day-dayı"nın hesabına üzdə olan “müğənnilər”in sayı azalar”





"Xalqımızın genetik olaraq səs duyumu çox yüksəkdir”.

Bu sözləri "Sherg.az”a açıqlamasında tanınmış kinorejissor və aktyor Şeyx Əbdül Mahmudbəyov deyib.

O bildirib ki, danışığında və nitqində qüsur olmayan sıravi vətəndaşlar müəyyən mərhələyə kimi ifa etməklə məşğul ola bilərlər:

"Adam var ki, yaxşı musiqi duyumu var, lakin yaddaşı yoxdur. Hazırda əhalinin əksəriyyəti indiki ifaçılardan narazıdır. Adətən çöldə-bayırda, tikintidə çalışan insanların oxuduğu mahnı insanı heyrətə gətirir.

Ona görə də səsi olanların qıraqda qalması, amma musiqidən anlayışı olmayanların özünü müğənni adlandırması insanları qıcıqlandırır. Yalnız səs olmaqla məsələ həll olunmur. Bu sahədə zəhmət və məsuliyyət hissi olduqca əsasdır. Bəzi musiqi yarışmalarında qeyri-obyektivlik var. Ölkəmizdə idmanla bağlı yarışlar təşkil olunur.

Belə yarışlar, musiqi kolleclərində və məktəblərində oxuyan uşaqlar, eyni zamanda musiqi təhsili olmayan insanlar üçün də keçirilə bilər. Səsi olanlar üçün müəyyən şəraitlər yaradılmalıdır. Bu zaman gözəl səsi olanları kəşf edə bilərik.

Düşünürəm ki, regionlarda yaşayan və yaxşı oxumağı bacaranlar üçün yarışların təşkili önəmlidir. Çünki onların arasında səs duyumu gözəl olanları seçib musiqi gimnaziyasında və kolleclərdə yerləşdirmək olar. Belə insanlara musiqi elmini tədris etmək faydalıdır. Bu zaman texnikanın, "day-dayı"nın hesabına üzdə olan "müğənnilər”in sayı azalar”.


Yeganə Bayramova






SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25