2019-04-25 21:33:36   |   235 dəfə oxunub

Azərbaycanda 3 ayda 283 ədəd minik avtomobili istehsal olunub



2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 53,7 milyon manatlıq məhsul istehsal edilib.

"Sherg.az"ın məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 85,6 faiz, maşın və avadanlıqların istehsalı 13,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 2,6 faiz artıb.

Dövr ərzində 313 ədəd traktor, 283 ədəd minik avtomobili istehsal olunub.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 34,5 milyon manatlıq məhsul istehsal edilmişdi. Həmin 2 ay ərzində isə 288 ədəd traktor, 176 ədəd minik avtomobili istehsal olunub.




SON XƏBƏRLƏR

2019-05-27