2019-04-26 19:16:45   |   218 dəfə oxunub

“Azərbaycan və Rusiya mühüm layihələri birgə həyata keçirir” - Deputat




Bu gün Azərbaycan və Rusiya prezidentlərinin Pekində görüşü baş tutub. Görüş zamanı siyasi və iqtisadi məsələlər müzakirə olunub.

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın səylərini əsirgəməyəcəyini deyib. Ölkə başçı İlham Əliyev Azərbaycan-Rusiya münasibətlərinin regional gündəliyə aid bir çox məsələləri həll etməyə imkan verdiyini qeyd edib.

Keçirilən görüşlə bağlı "Sherg.az”a danışan millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov bildirib ki, bu gün Azərbaycan və Rusiya mühüm layihələri birgə həyata keçirir.

Deputat Pekin görüşünü hər iki dövlət arasında ciddi siyasi dialoqların olması baxımından əhəmiyyətli hesab edir:

"Prezident İlham Əliyevin Çinə işgüzar səfəri çərçivəsində bir neçə mühüm görüşləri keçirildi. Bu görüşlərdə əsas hədəflərimizdən biri Çin investorlarının Azərbaycan iqtisadiyyatına cəlb edilməsi, Azərbyacanla Çin arasında ticarət dövriyyəsinin daha da gücləndirilməsidir.

İlham Əliyevin keçirdiyi mühüm görüşlərdən biri də Rusiya prezidenti Vladimir Putinlə oldu. Bu görüşdə ikitərəfli iqtisadi münasibətlər geniş aspektdə müzakirə edildi. Eyni zamanda xüsusi olaraq vurğulandı ki, 2018-ci ildə iki dövlət arasındakı ticarət dövriyyəsi 14 fazi artıb və indi 2.5 milyard dollar təşkil edir.

Həmçinin görüş çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi də müzakirə edildi. Nəzərə alsaq ki, aprelin 15-də Rusiyanın təşəbbüsü ilə Moskvada Azərbaycan və Ermənistanda XİN-lərinin görüşü keçirildi, mühüm humanitar razılaşmalar oldu.

Rusiya prezidenti də söylədi ki, onun ölkəsi həmsədr olaraq münaqişənin həlli prosesinə dəstək verir və Rusiya münaqişənin sülh yolu ilə həllini tapmasına maraqlıdır. Hesab edirəm ki, bu danışıqların və görüşün mühüm əhəmiyyəti var. Çünki belə görüşlər dövlətlər arasında münasibətlərin inkişafı baxımdan vacibdir”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-05-19
2019-05-18