2019-04-26 20:16:50   |   102 dəfə oxunub

Şri-Lankada daha 3 partlayış baş verdi


Şri-Lankanın şərqində Kalmunay şəhərində 3 partlayış baş verib. ONA-nın xəbərinə görə, bu barədə "News1st” nəşri ordu nümayəndəsinə istinadən yazıb. İnsidentin təfərrüatı açıqlanmayıb.

Qeyd edək ki, aprelin 21-də Şri-Lankada 8 partlayış baş verib. Nəticədə 250-260 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı deyilir. Ölənlər arasında 40-a yaxın xarici ölkə vətəndaşı var.

Terror aktı xüsusilə kilsə və otellərdə törədilib. Partlayışlara görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.




SON XƏBƏRLƏR

2019-05-20