2019-04-28 10:47:56   |   240 dəfə oxunub

SOCAR Azərbaycan Qran-Prisinin həlledici mərhələsi başlayır

Bu gün SOCAR Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək.

Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin sonuncu gününün yarış və əyləncə proqramını təqdim edirik.

Saat 11:20-dən 12:00-dək azarkeş zonasında "Williams”, "Racing Point”, "McLaren”, "Haas” və "Toro Rosso” komandaları pilotları avtoqraf sessiyaları keçirəcəklər.

Saat 13:10-da Formula 2 üzrə ikinci yarış başlayacaq.

Qran-Prinin açılış mərasimi və pilotların paradı saat 14:30-dan 15:00-dək olacaq. Saat 16:10-da isə Formula 1 SOCAR Azərbaycan Qran-Prisinə start veriləcək.

Bundan sonra "Baku Crystal Hall”da DJ Mendoza, AISEL, Kardi B konsert proqramı ilə çıxış edəcəklər.




SON XƏBƏRLƏR

2019-05-24