2019-04-30 00:58:07   |   261 dəfə oxunub

Dünya gözəli Bakıya aşiq olub: "Buraya mütləq qayıdacağam"



 "Miss Rossiya 2015" gözəllik müsabiqəsinin qalibi, "Dünya gözəli 2015"in birinci vitse-missi, fotomodel və aktrisa Sofiya Nikitçuk, nəinki təkcə Bakıda istirahət edib, həm də Formula-1 SOCAR Azərbaycan Qran-prisinin qonağı olub.


Sputnik Azərbaycan-ın məlumatına görə, model Azərbaycana səfəri barədə məlumatı və burada çəkdirdiyi şəkilləri özünün "Instagram" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

Nikitçuk yazıb: "Bakı hədsiz gözəl şəhərdir. Mən sadəcə ona aşiq olmuşam. Şəhərin hər yerini gəzmək üçün mütləq bir daha bura qayıdacağam".








SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25