2019-05-01 18:30:31   |   263 dəfə oxunub

İdmançımız 4-cü dəfə Avropa çempionu oldu



Moskvada Uşu-Sanda üzrə növbəti Avropa Çempionatı keçirilib.

"Sherg.az"xəbər verir ki, çempionatın ilk günlərində Azərbaycan idmançısı rəqiblərini məğlub edərək Avropa çempionu olub.
60 kiloqram çəki dərəcəsində yarışa qatılan Azərbaycan idmançısı Elçin Eminov Rusiya və Serbiya idmançılarını məğlub edərək finala yüksəlib.
Azərbaycanlı idman ustası finalda Gürcüstan idmançısını məğlub edərək 4-cü dəfə Avropa çempionu olub.
Azərbaycan idmançıları yarışda digər çəki dərəcəsində də uğur qazanıblar. Belə ki, komandamızın üzvləri - yeniyetmələr arasında 60 kiloqram çəki dərəcəsində Fətəli İsmayılov 2-ci yer, gənclər arasinda 48 kiloqram çəki dərəcəsində Seymur Həmidov 2-ci yer, 90 kiloqram çəki dərəcəsində Hüseyn Simiyev 2-ci yer, böyüklər arasında Vüsal Səfərov 3-cü yer, gənclər arasında 52 kiloqram çəki dərəcəsində isə Nicat Muradov 3-cü yerin qalibləri olublar.
Xatırladaq ki, növbəti dəfə Avropa çempionu olan idmançımız Elçin Eminov bu yarışa qədər 3 qat Avropa çempionu və İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc medalının qalibi olub




SON XƏBƏRLƏR

2019-05-24