2019-05-03 23:38:50   |   192 dəfə oxunub

Gözəllik kraliçasının cəsədi tapıldı

Onun intihar etdiyi və ya qətlə yetirildiyi hələlik məlum deyil


Uruqvayın keçmiş gözəllik kraliçası Fatimih Davila Sosa Meksikada qaldığı hotel otağında asılmış vəziyyətdə tapılıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Fatimih Davila Sosa 2006-cı ildə Uruqvay gözəli seçilib.

31 yaşlı Davila işi ilə əlaqədar bütün dünya ölkələrini gəzirmiş. Modelin Meksikaya da iş və tətil üçün gəldiyi qeyd edilir.

Hazırda Davilanın ölümü ilə bağlı araşdırmaya başlanılıb. Onun intihar etdiyi və ya qətlə yetirildiyi hələlik məlum deyil.

Davila aprelin 23-də Meksikaya gedib. Meksikada yaşayan tanışın yardımı ilə hotel tapıb. Sonuncu dəfə sosial şəbəkədə "Həyatın hər anının keyfini yaşayın" deyə yazıbmış.







SON XƏBƏRLƏR

2019-05-22