2019-05-05 15:57:47   |   195 dəfə oxunub

Qodin "İnter"in ən çox maaş alan futbolçusu ola bilər


İspaniyanın "Atletiko" klubunda çıxış edən uruqvaylı Diyeqo Qodin İtaliyanın "İnter" klubuna keçməyə yaxındır.

Trend-in "Sports.ru"ya istinadən verdiyi məlumata görə, 33 yaşlı futbolçu İtaliya klubu ilə 3 illik müqavilə imzalayacaq.

Müqaviləyə əsasən, D.Qodin "İnterd"ə hazırda "Atletiko"da aldığı maaşdan 35 faiz artıq - ilinə 6,75 milyon avro alacaq.

Transfer reallaşdığı tədqirdə D.Qodin "İnter"in ən çox maaş alan futbolçusu olacaq.




SON XƏBƏRLƏR

2019-05-24