2019-05-06 19:06:37   |   147 dəfə oxunub

Türkiyə XİN: Erməni terrorçunun İrəvanda qəhrəman kimi dəfn olunmasını şiddətlə qınayırıq


"Bir terrorçunu qəhrəman kimi ucaltmaq üçün atılan bu addımı terrora şərait yaratmaq kimi qiymətləndirir və buna etiraz edirik”.
ONA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.


Bəyanatda deyilir ki, 27 yanvar 1973-cü ildə Türkiyənin Los-Ancelesdəki baş konsolu Mehmet Baydar ilə müavini Bahadır Dəmiri şəhid edən erməni terrorçu Qurgen Yanikyanının Los-Ancelesdəki məzarlıqda olan cəsədinin qalıqları dünən İrəvandakı əsgər qəbiristanlığında təntənə ilə dəfn edilib.
Türkiyə XİN Ermənistan tərəfin bu hərəkətini pisləyir və şiddətlə qınayır: "Dövlətimizə sədaqətlə xidmət edərkən şəhid olan bütün vəzifə sahiblərimizi bir daha rəhmətlə anırıq”.




SON XƏBƏRLƏR

2019-05-25
2019-05-24